
GADTB: ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün Nyu-Meksiko ştatındakı Uayt Sands poliqonunda yeni sınaq imkanları yaratdığı iddia olunur.
Pikaks dağı Nətənz nüvə kompleksinin yaxınlığında yerləşən və dərin yeraltı tunel sistemlərindən ibarət obyekt kimi tanınır. ABŞ və İsrailin bu ərazini İranın nüvə proqramı baxımından əhəmiyyətli obyektlərdən biri hesab etdiyi bildirilir.
Məlumata görə, obyektin böyük dərinlikdə və möhkəm qaya qatlarının altında yerləşməsi onun adi hava zərbələri ilə məhv edilməsini çətinləşdirir.
Qeyd edək ki, peyk görüntülərinin təhlili göstərir ki, bu il İranın Pikaks dağındakı şübhəli nüvə obyektində tikinti işləri əhəmiyyətli dərəcədə intensivləşib.
Nətənzdəki nüvə kompleksinin yaxınlığında qranit dağın içində yerləşən bu yeraltı kompleks analitiklər tərəfindən İranın nüvə proqramını qorumaq üçün mümkün sığınacaq kimi qiymətləndirilir.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi