Çərşənbə , Sentyabr 30 2026
azfa

Tramp İrana memoranduma qayıtmayacağını bildirib

GADTB: “Middle East Eye” saytı çərşənbə günü, sentyabrın 9-da, İran İslam Respublikası hökumətinə yaxın iki mənbəyə istinadən məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp Pakistan və Qətər rəsmiləri vasitəsilə Tehrana mesaj göndərərək Vaşinqtonla Tehran arasında əvvəlki anlaşma memorandumuna qayıtmayacağını bildirib.

Məlumata görə, Pakistan ordusunun komandanı Asim Munir sentyabrın 24-də Tehrana səfəri zamanı Trampın mesajını İran İslam Respublikası rəsmilərinə çatdırıb. Mesajda deyilir: “Mən anlaşma memorandumuna qayıtmayacağam.”

Üç gün sonra Qətərin baş naziri də daxil olmaqla, ölkənin yüksək səviyyəli rəsmiləri İrana səfər edərək eyni mesajı Tehrana çatdırıblar. “Middle East Eye”ın mənbələrinin bildirdiyinə görə, İran İslam Respublikası Pakistan və Qətər tərəfinə yalnız mövcud anlaşma memorandumunu qəbul etdiyini və başqa bir razılaşmaya getməyə hazır olmadığını bildirib.

“Middle East Eye” daha bir Qətər nümayəndə heyətinin sentyabrın 6-da əvvəlcədən elan edilmədən Tehrana səfər etdiyini yazıb. Qətərin dövlət naziri Əli əl-Təvadi nümayəndə heyətinə rəhbərlik edib və Trampın memorandumun bərpasından imtina etdiyini bildirən cavabını yenidən Tehran rəsmilərinə çatdırıb.

İki mənbənin sözlərinə görə, İran İslam Respublikası da Qətər rəsmilərinə mövcud anlaşmadan imtina etməyəcəyini və yeni mətn əsasında danışıqlar aparmayacağını bir daha bildirib.

Məlumata görə, Oman və Qətər Tehranla Vaşinqton arasında yaranmış dalanı aradan qaldırmağa və anlaşma memorandumunu müəyyən dəyişikliklərlə yenidən bərpa etməyə çalışırlar.

Həmçinin yoxlayın

“Elektra” tamaşası Təbrizdə türkcə səhnəyə qoyulub

GADTB: Qədim Yunanıstanın ən məşhur tragedialarından biri olan “Elektra” tamaşası bu dəfə fars dilində deyil, …

Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb

GADTB: Türkiyə ilə Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra müqavilələr və anlaşma memorandumları imzalanıb. …