Cümə axşamı , Sentyabr 10 2026
azfa

Molla rejimi Ermənistanla sərhəddə birgə azad iqtisadi zona yaratmağı təklif etdi

GADTB: İran Ermənistanla iki ölkənin sərhədi yaxınlığında birgə azad iqtisadi zona yaratmağı təklif edib.

Təklif Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə tərəfindən İrəvanda keçirilən “Armenia Expo 2026” sərgisi çərçivəsində səsləndirilib.

Müqəddəmzadənin sözlərinə görə, məsələ Ermənistan iqtisadiyyat nazirinin müavinlərindən biri ilə aparılan müzakirə zamanı gündəmə gətirilib. O, birgə azad iqtisadi zonanın Mehridə, İranın Araz Azad İqtisadi Zonasının ərazisində və ya Nurduzda yaradılmasının mümkün olduğunu bildirib.

İranlı rəsmi konkret ərazinin o qədər də vacib olmadığını, əsas məqsədin layihənin nəticə verməsi olduğunu qeyd edib.

Həmçinin yoxlayın

Qaradağ meşələrini molla rejimin mədənçilik fəaliyyəti məhv edir – Video

GADTB: Yayılan görüntülər bir ildən də az müddət ərzində Qaradağın meşələrinin və təbii ərazilərinin bir …

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin …