Çərşənbə , Oktyabr 28 2026
azfa

ABŞ səfirliyi: Husilər Yəməni İran İslam Respublikası üçün bazaya çeviriblər

GADTB: ABŞ-ın Yəməndəki səfirliyi bildirib ki, husilər və onların İrandakı tərəfdarları hesablamalarında yanılıblar və Yəmənin qanuni hökumətinin, silahlı qüvvələrinin və xalqının husilərin hücumlarına və zorakılığına son qoymaq əzmini lazımınca qiymətləndirməyiblər.

Səfirlik vurğulayıb ki, husilər Yəmən xalqına “əziyyətdən başqa heç nə” gətirməyib. Səfirliyin bildirdiyinə görə, İran İslam Respublikasının sənədlərlə təsdiqlənmiş dəstəyi ilə həyata keçirilən bu fəaliyyətlər regionda mövcud gərginliyin daha da artmasına səbəb olub.

ABŞ səfirliyi, həmçinin BMT Təhlükəsizlik Şurasının avqustun 7-də qəbul etdiyi bəyanata istinad edərək bildirib ki, bu qurum da son dövrdə böhranların dərinləşməsində husilərin fəaliyyətinin və İranın dəstəyinin roluna diqqət çəkib.

Bəyanatın digər hissəsində ABŞ səfirliyi husiləri Yəməni İran İslam Respublikası üçün bazaya çevirməkdə ittiham edib. Səfirliyin sözlərinə görə, Tehran bu bazadan ərəb ölkələrinin birliyini və təhlükəsizliyini zəiflətmək məqsədilə istifadə edir.

Həmçinin yoxlayın

Əmirhüseyn Ağayi Təbrizdə iş yerinə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Əmirhüseyn Ağayi çərşənbə axşamı, 5 aban tarixində İran İslam Respublikası Kəşfiyyat Nazirliyinin …

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …