Çərşənbə , Sentyabr 16 2026
azfa

Urmiya Üzüm Festivalına molla rejimin Sepah və irqçi-irticaçı qüvvələri hücuma keçib– Video

GADTB: Urmiya Üzüm Festivalında Azərbaycan rəqsi və Azərbaycan mədəni nümunələri nümayiş etdirilib.  

Belə proqramların ictimai tədbirlər çərçivəsində keçirilməsi Azərbaycanın musiqisi, rəqsləri, mərasimləri və yerli adət-ənənələrinin qorunması, tanıdılması və bu mədəni irsin gələcək nəsillərə ötürülməsi baxımından dəyərli fürsətdir.

Urmiya Üzüm Festivalı Azərbaycanın həqiqi mədəniyyət və incəsənətinin nümayiş etdirildiyi halda daha böyük əhəmiyyət qazanır. Çünki bu mərasim və ənənələrin qorunması bu torpağın xalqına məxsus olan milli kimliyin və mədəni irsin qorunması deməkdir.

Yerli mədəniyyətin yaşadılması bir cəmiyyətin tarixi yaddaşının və milli kimliyinin bir hissəsinin qorunması deməkdir.

Lakin təəssüf ki, Təbrizdə “Koroğlu” tamaşası məsələsində olduğu kimi, bu dəfə də Urmiyada Üzüm Festivalının dayandırılması və ya ən azı bu ilin onun keçirildiyi son il olması üçün ciddi təzyiqlər göstərilir.

Bir neçə medianın yalnız tədbirlər barədə məlumatlandırılmadıqları və ya prosesə cəlb edilmədikləri üçün belə reaksiya göstərməsi və bu yolla istədiklərinə nail olmağa çalışması nə məntiqlidir, nə də Urmiya şəhərinin və onun sakinlərinin maraqlarına xidmət edir.

Görünür molla rejimin Sepah və irqçi-iticaçı qüvvələri Azərbaycan mədəniyyətinə qarşı ciddi divan tutmağa başlayıblar.

https://t.me/GADTB1/59045

Həmçinin yoxlayın

Mərənddə “Saray” türk tamaşası səhnəyə qoyuldu

GADTB: Məhəmməd Yusifzadənin müəllifi və rejissoru olduğu “Saray” türk tamaşası Mərdanda səhnəyə qoyulub. Tamaşa 1405-ci …

ABŞ, İsrail və ərəb ölkələrinin hərbi komandirləri Almaniyada İranla bağlı məxfi toplantı keçirdi

GADTB: ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Qətər, İordaniya və Misirin yüksək …