Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə hərbi təlimi keçiriləcək.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, üç mərhələdən ibarət olan təlim Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılqaya” Təlim Mərkəzində, Naxçıvan Muxtar Respublikasında yerləşən “Qarabağlar” Təlim Mərkəzində, eləcə də Xəzər dənizinin ölkəmizə aid akvatoriyasında yerləşən “Böyük Zirə” təlim rayonunda təşkil olunacaq.

Şəxsi heyət, döyüş texnikaları, dəniz və aviasiya vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının cəlb edilməsi ilə keçiriləcək təlimin əsas məqsədi birgə əməliyyatlara hazırlıq səviyyəsinin artırılması, qoşunların koordinasiyasının və təlim prosedurlarının standartlaşdırılması, eləcə də bölmələrin yeni döyüş imkanlarının təkmilləşdirilməsidir.

Təlimdə iştirak etmək məqsədilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəliblər.

Müvafiq plana uyğun olaraq, şəxsi heyətin yerləşdirilməsi və digər təşkilati məsələlərlə bağlı lazımi tədbirlər icra olunub.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Məktəblərin başlandığı bir vaxtda adları türk dilində olduğuna görə doğum haqqında şəhadətnamə verilməyən çox sayda uşaq var

GADTB: Sentyabrın gəlişi və məktəblərin açılması ilə milyonlarla uşaq həvəslə məktəbə yollanır. Məktəb uşaqların həmyaşıdları …