
GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri və diplomatları 9-cu Üzüm Festivalında iştirak etmək üçün Urmiyaya səfər ediblər.
Şri-Lanka, Filippin, Tailand, Nikaraqua, İndoneziya, Qazaxıstan, Rumıniya, Malayziya və Cənubi Koreyanın səfirləri və diplomatları, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) baş katibinin müavini və Asiya Şəhər Merləri Forumunun baş katibi bu ilki festivalın qonaqları arasında olublar.
Xarici qonaqların qarşılanması mərasimində Azərbaycanın milli və yerli mədəniyyətinə aid müxtəlif nümunələr, o cümlədən ənənəvi Azərbaycan geyimləri nümayiş etdirilib və türkcə şeir ifa olunub.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi