Çərşənbə axşamı , Oktyabr 13 2026
azfa

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Sənəd Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş Konfransının 70-ci sessiyası çərçivəsində Özbəkistanın Nüvə Təhlükəsizliyi Komitəsinin sədri Əbdülvəqqas Rafiqov və ABŞ Nüvə Tənzimləmə Komissiyasının sədri Hu Nie arasında imzalanıb.

Rəsmi məlumata görə, saziş çərçivəsində məlumat və ekspert mübadiləsinin genişləndirilməsi ilə yanaşı, nüvə tənzimlənməsi, obyektlərin yoxlanılması və mümkün qəzalara cavab tədbirləri sahəsində də əməkdaşlıq həyata keçiriləcək.

Bu əməkdaşlıq Özbəkistanın nüvə enerjisi proqramının inkişafını sürətləndirdiyi bir dövrdə həyata keçirilir. Ölkənin ilk atom elektrik stansiyasının Rusiyanın dövlət şirkəti “Rosatom”un əməkdaşlığı ilə tikintisi fəal mərhələyə keçib və ilk enerji blokunun inşasına iyun ayında başlanılıb.

Həmçinin yoxlayın

Tramp İran İslam Respublikasının batırılmış 159 gəmisinin şəklini paylaşaraq özünü əvvəlki abş prezidentlərindən fərqli təqdim edib

GADTB: ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində kinayəli bir şəkil paylaşaraq İran İslam …

 İran mediası Azərbaycan haqqında saxta xəbərlər yayır

GADTB: İran Dövlət Radio və Televiziya Şirkətinin (IRIB) tərkibinə daxil olan azərbaycandilli “Səhər Azəri” kanalında …