
GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə, Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.
“AZAL ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub”, – QSC bildirir.
Qeyd edək ki, bundan öncə analoji qərarları Türkiyə və Gürcüstan da qəbul edib.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi