
GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə təhlükəli hərbi qüvvə düzülüşündə dəyişiklik baş verdiyini bildirib.
Eksklüziv məlumata görə, ABŞ ordusu yalnız məxfi və yeraltı obyektlərin məhv edilməsi üzrə ixtisaslaşan B-2 Spirit radardan yayınan bombardmançı təyyarələrini yüksək hazırlıq vəziyyətinə gətirməklə kifayətlənməyib, həmçinin “Qiyamət günü təyyarəsi” kimi tanınan E-4B strateji komanda təyyarəsini də aktivləşdirib.
ABŞ-ın hərbi doktrinasına əsasən, bu təyyarə yalnız genişmiqyaslı, qaçılmaz və nəzarətdən çıxmaq təhlükəsi olan müharibə ehtimalı yarandıqda havaya qalxır və həyəcan vəziyyətinə gətirilir. CNN mənbəsinə istinadən yazıb: “Gərginliyin səviyyəsi artıq xəbərdarlıq həddini keçib; qarşıdakı 72 saat ərzində mümkün olan ən pis ssenariyə hazırlaşırıq.”
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi