Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan 1 aylıq qətimkan qərarı 2 ay əvvəl başa çatsa da, onlkar qanunsuz olaraq həbsdə saxlanılırlar.

Azərbaycanlı fəallar qeyri-müəyyən vəziyyətdə saxlanılır və onların qanunla nəzərdə tutulan girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılma hüququ təmin olunmur.

Qeyd edək ki, iyunun 28-də Siyamək Mirzayi Xiyavda (Meşgin), Əsgər Əkbərzadə və Əli Vaseqi isə Ərdəbildə həbs edilib.

Hər üç fəal bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə saxlanılıblar.

Fəallaara qarşı “qanunsuz qruplara üzvlük” və “sistemə qarşı təbliğat” ittihamları irəli sürülüb.

Əsgər Əkbərzadə sentyabrın 2-də girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsa da, Siyamək Mirzayi və Əli Vasiqi Ərdəbil həbsxanasının 6-cı və 17-ci bölmələrində saxlanılırlar.

Həmçinin yoxlayın

Özbəkistan Səmərqəndin tarixi irsinin fars irsi kimi təqdim edilməsinə etiraz etdi; İranın səfiri çağırıldı

GADTB: Özbəkistan Xarici İşlər Nazirliyi İranın bəzi diplomatik nümayəndəliklərinin Səmərqəndin tarixi irsinin bir hissəsinin “İran-islam …

İran-ABŞ arasında vasitəçilik üçün Qətər nümayəndə heyəti Tehrana gedib

GADTB: “Al Araby Al Jadeed” nəşri xəbər verib ki, İran və ABŞ arasında vasitəçilik səyləri …