
GADTB: Güney Azərbaycanlı milli fəal Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün Təbriz Mərkəzi Həbsxanasına köçürüldükdən sonra dünən elektron qandaldan istifadə etməklə məzuniyyətə buraxılıb.
Sələhşur daha əvvəl “İran İslam Respublikası rejiminə qarşı təbliğat” və “ictimai asayişin pozulması” ittihamları ilə bir il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi. Bundan əlavə, onun barəsində iki il müddətinə ölkədən çıxış qadağası və iki il müddətinə virtual məkanda fəaliyyət qadağası tətbiq olunub.
Barəsində çıxarılan hökm Şərqi Azərbaycan əyaləti Apellyasiya Məhkəməsinin 26-cı şöbəsi tərəfindən daha əvvəl olduğu kimi təsdiqlənərək qəti qüvvəyə minib. Onun cəzasını həbsxanadan kənarda çəkməsi ilə bağlı müraciəti də ilkin olaraq qəbul edilməmişdi.
Bu iş Yusif Səlahşurun 2021-ci ilin avqustunda Təbrizdə keçirilən etiraz aksiyaları zamanı həbs edilməsinə gedib çıxır. O, təxminən 20 gün həbsdə saxlanıldıqdan sonra girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi