
GADTB: İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün dünya İran İslam Respublikasının süqut etməli olduğunu anlayır. Onun sözlərinə görə, İsrailin düşmənlərindən başqa, hətta İsraili sərt şəkildə tənqid edən ölkələr də asta səslə deyirlər: “Onlar süqut etməlidirlər, hamımızın nəfəsini kəsirlər.”
Netanyahu bildirib ki, İran İslam Respublikası atom bombası əldə etməyə çox yaxınlaşmışdı. Onun sözlərinə görə, İsrail müdaxilə etməsəydi, bu bombalar 10 milyon israillinin məhvinə səbəb olacaqdı.
O əlavə edib ki, əgər Qadi Ayzenkot və onun tərəfdarlarının tələblərinə əməl edilsəydi, HƏMAS Qəzzada, Həsən Nəsrullah isə öz yerində qalardı və Bəşər Əsəd hakimiyyəti də süqut etməzdi.
İsrailin baş naziri bildirib ki, böyük işlər görülüb, lakin “işi sona çatdırmaq” lazımdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi