Çərşənbə , İyul 29 2026
azfa

ABŞ Türkiyəni Ərdoğanın İran və Rusiya kimi diktator dövlətlərlə müttəfiqliyi üçün təhdid etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Türkiyəni Ərdoğanın İran və Rusiya kimi diktator dövlətlərlə müttəfiqliyi və digər əhəmiyyətsiz məsələlər üçün təhdid etdi. Bu isə Türkiyə rəsmilərinin kəskin reaksiyası ilə qarşılaşıb.

Məlumata görə, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.

Diplomatik mənbələrdən verilən məlumatda ABŞ-ın Türkiyəni sanksiya ilə hədələməsindən sonra tərəflər arasında danışığın baş tutduğu bildirilib. Görüşlə bağlı hər hansı bir məlumat verilməyib.

Digər tərəfdən isə Trampın Türkiyəni təhdidinə Perinçəkdən sərt cavab verib. O deyib ki, bu təhdid ABŞ-Türkiyə cəbhələşməsinin bir nəticəsidir. Türkiyə keşişin başına tac da taxsa, bu proses davam edəcək.

“ABŞ PKK-ya açıq şəkildə silah verir, FETÖ-nu dəstəkləyir, Türkiyə də Rusiya, Çin, İran, İraqla ittifaq yaradır. Böyük Britaniya, Almaniya və Fransa da buna dəstək verir. Türkiyə bu təhdidlər qarşılığında sürətli bir şəkildə İncirilik bazasını ABŞ-ın istifadəsinə bağlamaq məcburiyyətindədir. Digər bazalarla bağlı da eyni tədbirlər görülməlidir. Trampın təhdidinə ən təsirli cavablardan biri də Suriyada verilməlidir. Türkiyə dərhal Suriya ilə əməkdaşlığa getməlidir”, – Perinçək qeyd edib.

Qeyd edək ki, Tramp keşiş Bransonun tamamilə azad olunmayacağı təqdirdə Türkiyəyə sanksiya tətbiq ediləcəyini açıqlayıb. Həmçinin Ərdoğanın İran və Rusiya ilə müttəfiqliyi bu ixtilafa səbəb olub.

 

Həmçinin yoxlayın

The Times: “ABŞ və İsrail İranın yeni ali rəhbəri Müctəba Xameneyinin axtarışı üzrə məxfi əməliyyat aparırlar”

GADTB: Kəşfiyyatın məqsədi aradan götürmək deyil, onun sağ olduğunu təsdiqləmək, yerini müəyyənləşdirmək və sağlıq durumunu …

Əhmədrza Cəlalinin azadlığa buraxılması istiqamətində səylər davam edir

GADTB: İsveç Xarici İşlər Nazirliyi farsdilli media orqanlarından birinə cavabında İranda edam cəzasına məhkum edilmiş …

Bir cavab yazın