Bazar , Oktyabr 25 2026
azfa

Semnanlı millət vəkili irqçi fars rejimin təhsil nazirinin irqçi bəyanatına dəstək verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehran şəhərindən seçilən semnanlı millət vəkili Mustafa Kəvakebian irqçi və işğalçı fars rejimin təhsil nazirinin irqçi bəyanatına dəstək verdi.

Kəvakebian rejimin təhsil nazirinin irqçi bəyanatını əsaslandırmağa cəhd edərək, iddia edib ki, “konstitusiyaya görə ortaq əlifba və dil, fars dilidir. Bütün sənəd və dərsliklər də bu dildə olmalıdır. Lakin yerli dillərdən məsələn, kütləvi informasiya vasitələrində istifadə etmək olar. Ona görə də nazirin dərslərin farsca keçirilməsinə dair sözləri doğrudur.”

O həmçinin deyib ki, “məktəblərdə yerli dillərin tədris olunması, insanların türk, kürd və lor dilində danışması heç bir problem yaratmır.”

Qeyd edək ki, Mustafa Kəvakebian bir müddət öncə isə irqçi yanaşma sərgiləyərək Azərbaycan türk millətini təhqir etmişdi.

 

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın