İrqçi fars rejim Xəzərin türkcə adını dəyişmək üçün hər oyundan çəxmağa hazırdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Xəzərin türkcə adını dəyişmək üçün hər oyundan çəxmağa hazırdır. Rejimin Xəritəçəkmə Təşkilatının rəisi Məsud Şəfi Xəzər dənizinin tarixi adının dəyişdirilməsi ilə bağlı plan üzərində çalışdıqlarını açıqlayıb.

O, daxili xəritələrdə “Xəzər”in yerinə “Kaspian” adından istifadə olunacağını qeyd edib.

Məsud Şəfi deyib: “Hazırda bu dənizi daxili xəritələrdə “Xəzər”, beynəlxalq səviyyədə isə “Kaspian” adı ilə tanıyırıq. Biz daxili xəritələrdə də kökü İran dilindən olan “Kaspian” sözündən istifadə edə bilərik. Yarım əsrdən sonra ingilis xəritələrini İran xəritələri ilə dəyişdirə bildik. Təbii ki, bu önəmli hadisədə “Fars körfəzi” sözü də dərc olundu. Ümid edirəm ki, bu il Xəzər dənizi ətrafında rus xəritələrindən deyil, İran xəritələrindən istifadə olunacaq. Bizim xəritələrimiz iki məntəqədə təsdiqlənib, digər 5 məntəqə ilə bağlı Beynəlxalq Hidroqrafik Təşkilatının rəyini gözləyirik”.

Qeyd edək ki, irqçi və işğalçı fars rejim türk adını və izini işğal etdiyi türk ərazilərindən silmək üçün canfişanlıq edir.

 

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …

Bir cavab yazın