Cümə axşamı , Mart 28 2024
azfa

Güney Azərbaycanda türk dilinin tədrisi problemi ilə bağlı azərbaycanlı fəalla müsahibə

GADTB: Güney azərbaycanlı yazar Səid Minayi məktəblərin başlama ərəfəsində ana dilində təhsil problemi ilə bağlı Kult.az-a danışıb.

Səid Minayinin müsahibəsini təqdim edirik:

– İranda yaşayan türklərin dilinin rəsmi şəkildə tanınması, hürriyyəti, mədəniyyəti həmişə danılıb, tapdanıb, türk millətinə qarşı özgələşmə siyasəti və prosesi gedib. Mən buna qarşıyam və çalışıram ki, öz dilimi qoruyum, yaxşı öyrənim, yazım və ətrafımdakı insanlara öyrədə bilim. İran Konstitusiyasının 15-ci maddəsində fars dili rəsmi dil elan olunub. Onunla yanaşı, digər dillərin də tədrisinin azad olduğu qeyd edilib. Hərçənd bu qanunda bir neçə nöqsan var. Amma bu nöqsanlarla yanaşı, sözügedən qanunun icra olunmasını, ana dilində təhsil haqqımızdan istifadə etmək istəyirik. Necə ki hər bir insan azaddır, onun istədiyi dildə təhsil almaq hüququ da var. Bütün demokratik ölkələrdə insanlar hansı dili özünə daha doğma hesab edirlərsə, o dildə də təhsil alırlar. Biz isə öz ana dilimizdə nə yaza, nə də oxuya bilirik.

YUNESKO bildirir ki, bir insan öz ana dilində yaza, oxuya bilmirsə, savadsız hesab olunur. Yəni biz ən yüksək təhsili alsaq, magistr, doktorluq dərəcəmiz olsa belə, öz dilimizdə heç nə yazıb-oxuya bilmiriksə, demək, bisavaddan fərqimiz yoxdur. Təəssüf ki, İranda türklərin vəziyyəti belədir. Ona görə də qanunda var olan, lakin təkcə kağız üzərində qalan öz dilimizdə təhsil alma haqqımızın icra edilməsini tələb edirik.

Türklər buna görə haqlarını qoruya bilmir…

– Türklər öz hüquqlarını qoruya bilmir və bunun bir neçə səbəbi var. Birinci səbəb odur ki, İranda yaşayan Azərbaycan türkü və digər türklər öz millət vəkilini İran parlamentinə göndərə bilmir.

İranda millət vəkilləri və şura nümayəndələrini xalq seçməzdən öncə Şurayi-Nigəhban və Nəzarəti-İstisvabi tərəfindən seçilir, xalqa təqdim olunur (xalq seçilmişləri seçir). Bu isə demokratik prinsiplərə ziddir. Belə olduğu halda türklərin hüquqlarını müdafiə edə biləcək şəxslər parlamentə yol tapa bilmir. Nəticədə də biz həqiqi heç bir iş görə bilmirik, müxalifət dairəmiz məhdudlaşmış olur.

İkinci səbəb isə İranda ingilislərin əli ilə Qacar dövlətinin devrilib, yerinə Pəhləvilərin yaradılması ilə saxta və yalan tarixlərin yazılmasıdır. Pəhləvilər hakimiyyətə gələndən sonra İranın əsas siyasəti digər xalqları assimilyasiya etmə oldu. Mahmud Əfşar Yəzdi, Məhəmmədəli Füruği və b. yazıçılar vasitəsilə “vahid dil, vahid millət, vahid din” şüarı ilə İranı çoxmillətli bir ölkədən vahid millətli ölkəyə çevirməyə başladılar. Belə ki, bu siyasətə görə, başqa dillər fars dilinin içində əriməli, fars mədəniyyəti hakim olmalı idi. İran kəlməsi panfarslığı ört-basdır etmək üçün yaranmış bir söz oldu. Bununla da türklər getdikcə özgələşir, öz kimliklərindən uzaqlaşaraq, assimilyasiya olunurlar.

Hər bir şey – universitet, məktəblər fars dilində olduğu üçün türklər və qeyri-türklər icbari surətdə bu dilə sığınmağa məcbur oldu, digər dillər isə evdə, küçədə danışılaraq, adi ünsiyyət səviyyəsində qaldı.

Ana dilində təhsil üçün kampaniyalar başladılır…

– Hər il məktəblərin açılmasına az qalmış milli-mədəni fəallar tərəfindən etirazlar olur, amma təəssüf ki, İran bu aksiyaları heçə sayır. Güney Azərbaycanda ana dilimizi şüarda yox, əməldə göstərməyə və rəsmiləri dilimizə hörmət etməyə çağıran kampaniyalar təşkil olunur. Bunun üçün türkcə kitablar almalıyıq. Hərə bir türkcə kitab kampaniyasına qoşulmalı, onu oxumalıdır. Dilimizin tədris olunmasını istəyirik, amma bu, dövlət tərəfindən qadağan olunub.

Şagirdlərimiz bu mövzuda boş durmamalıdırlar. Onlar türk dilinin qrammatikası, orfoqrafiyasını öyrənmək üçün çalışmalıdır. Yazılan kitabları alsınlar, bilmədiklərini, nəyin nə cür yazılması qanunlarını öyrənsinlər.

 

 

Həmçinin yoxlayın

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Güney Azərbaycanda molla rejimin insan haqlarının pozmasına dair illik hesabat yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, azərbaycanlı fəallar və Abbas Lisani adına açılmış sosial …

Bir cavab yazın