Cümə axşamı , Sentyabr 17 2026
azfa

Con Toşak irqçi fars rejimin Futbol Federasiyası və Liqa Təşkilatının “Traxtur”a qarşı ədalətsizliyinə görə istefa verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim bütün sahələrdə olduğu kimi idman sahəsində də Azərbaycana qarşı ayrıseçkilik edir. Bu ayrıseçkiliyə isə Traxturun uelzli məşqçisi Con Toşak da dözə bilməyib.

Telefon vasitəsi ilə “90” proqramına qoşulan Traxtur klubunun sahibi Məhəmmədrza Zenuzi bildirib ki, “Con Toşak artıq Təbrizə qayıtmayacaq. Lakin o vəzifəsindən kənarlaşdırılmayıb. Con Toşak Liqa Təşkilatının Traxtura qarşı ədalətsizliyi nəticəsində istefa verib, o ötən gün Təbrizdən İstanbula, oradan isə öz ölkəsinə gedib.”

Klubun bu barədə yaydığı bəyanatda da uelsli mütəxəssisin istefa verdiyi məlum olub.

Bəyanatın bir hissəsində yazılıb: “Con Toşakın verdiyi vəd “Traxtur”un çempion olması ilə bağlı idi. Lakin Futbol Federasiyası və Liqa Təşkilatının bu klubla düzgün əməkdaşlıq etməməsi bir çox problemə yol səbəb oldu. Komandanın 3 oyunçusu vaxtından əvvəl ölkənin milli komandasına çağırıldı və oyuna yalnız 48 saat qalmış oyunçular komandanın ixtiyarına verildi. “Traxtur”un “Sənət Neft”lə görüşünün bir gün sonra keçirilməsinə dair təkliflə də razılaşılmadı. Con Toşak isə bütün bunları təyin edilmiş hədəfinə çatmaq üçün bir maneə kimi gördü. Ona görə də bu vəziyyətdə fəaliyyət göstərməyi özünə sığışdırmadı. Bütün bunlara görə, o tam səmimi şəkildə və dostcasına istefa verib və komandadan ayrıldı”.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …

Bir cavab yazın