Cümə , İyul 31 2026
azfa

Urmiya gölünün fotosu ilin ən yaxşı fotosu seçildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ekoloji problemləri gündəmə gətirmək və qlobal istiləşmənin ölçülərini göz önünə sərmək məqsədi ilə hər il “İlin ən yaxşı ətraf mühit fotoqrafı” yarışması keçirilir.

Bu ilin ən yaxşı fotoları da artıq seçilib.

Dünyanın dörd bir tərəfindən fotoqrafların iştirak etdiyi müsabiqədə bu il fotoqraf Səid Məhəmmədzadə qalib gəlib. Güney Azərbaycandakı Urmiya gölündə saya oturmuş gəminin fotosunu çəkən Məhəmmədzadə iqlim dəyişikliyi zamanı baş verən quraqlığı gözlər önünə sərib. Okean suyundan 8 dəfə daha çox duzlu olan Urmiya gölü irqçi fars rejimin yanlış bənd və suvarma layihələri səbəbindən quruyub.

Həmçinin yoxlayın

Təbriz İnqilab Məhkəməsi “Traxtur” tərəfdarı Tohid Xadimini 10 ildən çox həbs cəzasına məhkum edib

GADTB: Azərbaycanın “Traxtur” futbol komandasının Qoşaçaylı tərəfdarı Tohid Xadimi Təbriz İnqilab Məhkəməsinin qərarı ilə 10 …

Müvəqqəti həbs müddəti başa çatsa da, üç azərbaycanlı fəalın qanunsuz saxlanılması davam edir

GADTB: Müvəqqəti həbs qətimkan tədbirinin bir aylıq müddəti başa çatmasına baxmayaraq, azərbaycanlı fəallar Siyamək Mirzayi, …

Bir cavab yazın