Bazar , Oktyabr 25 2026
azfa

Azərbaycanlı öyrənci Dəniz Rəcəbi türkcə kitab hədiyyə etdiyi üçün nizam-intizam komitəsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildən olan azərbaycanlı öyrənci və milli fəal Dəniz Rəcəbi azərbaycanlı məktəblilərə türkcə kitab hədiyyə etdiyi üçün rejimin məmurları tərəfindən nizam-intizam komitəsinə çağrıldı.

Qeyd edək ki, Güney Azərbaycanın əksər şəhərləri, xüsusilə Ərdəbil və Meşinşəhrdə rejimin mənəvi soyqırım siyasətinə etiraz olaraq məktəblilərə türk dilində kitablar hədiyyə edilir. Azərbaycanlı fəallar beləliklə rejimin mənəvi soyqırım siyasətinin təsirini sıfıra endirmək istəyirlər.

Rejim isə hətta kitab hədiyyə edən azərbaycanlı fəalları da vəhşicəsinə cəzalandırır.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın