Türkiyə Azərbaycanla birlikdə hərbi gəmilər istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyədə hərbi gəmilər hazırlayan “Dearsan” gəmiqayırma zavodu Azərbaycanın Hərbi Dəniz Qüvvələri ilə birlikdə 4 növ hərbi gəmi inşa etməyi planlaşdırır.

Bu barədə Trend-ə açıqlamasında “Dearsan” gəmiqayırma zavodunun dəniz layihələri üzrə meneceri Sərvət Bilgin deyib.

S.Bilginin sözlərinə görə, bununla əlaqədar Azərbaycan hökuməti ilə danışıqlar aparılıb və 4 layihə təqdim edilib:

“Layihələr Azərbaycan tərəfinə təqdim edilib. Bundan başqa, məsələ Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə müzakirə edilib. Əgər razılıq əldə edilərsə, biz elə Azərbaycanda həmin gəmilərin birgə tikintisinə başlayacağıq. Bu prosesdə həm də azərbaycanlı mütəxəssislər çalışacaq. Azərbaycanlı mütəxəssislər bu prosesdən sonra özləri müstəqil hərbi gəmi də istehsal edə bilər”.

O bildirib ki, tikiləcək gəmilər Xəzər dənizinin coğrafi xüsusiyyətləri və region ölkələrinin qüvvələr balansı nəzərə alınmaqla hazırlanıb:

“Biz artıq bu layihəni Azərbaycan Müdafiə Nazirliyinə də təqdim etmişik. Eyni zamanda, Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq təklifi ilə çıxış etmişik. Bütün gəmilərin Azərbaycanda tikilməsi planlaşdırılır”.

Menecer əlavə edib ki, təmsil etdiyi şirkət artıq 3 ildir Azərbaycanla əməkdaşlıq edir.

Qeyd edək ki, 25-27 sentyabr tarixlərində Bakıda “ADEX-2018” 3-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisində “Dearsan” müəssisəsinin məhsulları da nümayiş olunub.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın