Bazar ertəsi , May 6 2024
azfa

ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Azərbaycanın ərazi bütövülüyünə böyük hörmətsizlik nümayiş etdirilib.

Həmin şəhərin “Merliend” adlı prospektinin adı dəyişdirilərək, ermənilərin Dağlıq Qarabağdakı oyuncaq “respublika”ya verdikləri ada uyğun olaraq “Arsax”adlandırılıb.

Bununla bağlı qərar isə bu ilin martın 14-də qəbul olunubmuş.

Prospekt Uilson və Harvard küçələri arasında yerləşir.

Artıq şəhər bələdiyyəsinin işçiləri prospektdəki bütün yol göstəricilərini yeni ada uyğunlaşdırıblar.

Xatırladaq ki, bələdiyyə şurası bu qərarı separatçıların lideri Bako Saakyanın martın 12-də ABŞ-a səfərindən sonra vermişdi. Həmin vaxt Azərbaycan bununla bağlı ABŞ-a rəsmi nota təqdim etmişdi.

 

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın