Sanksiyalara davam gətirə bilməyən irqçi fars rejim ABŞ-dan Beynəlxalq məhkəməyə şikayət etdi

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Sanksiyalara davam gətirə bilməyən irqçi və işğalçı fars rejim ABŞ-dan BMT-nin Beynəlxalq məhkəməsinə şikayət etdi.

BMT-nin Beynəlxalq məhkəməsi iki ölkə arasında araşdırma aparılan müddət ərzində ABŞ-a qarşı müvəqqəti tədbirlər görülməsi barədə İran adlanan ölkənin iddiasını qismən təmin edib.

Müvafiq qərar oktyabrın 3-də məhkəmənin sədri Abdulkavi Əhməd Yusif tərəfindən elan edilib. Onun sözlərinə görə, ABŞ mayın 8-də tətbiq etdiyi sanksiyaların İranın humanitar sahəsinə və mülki aviasiyasına zərər vurmamasını təmin etməlidir. Bundan başqa, məhkəmə hər iki tərəfi fikir ayrılığının dərinləşməsinə səbəb olacaq fəaliyyətlərdən çəkinməyə çağırıb.

Abdulkavi Əhməd Yusif, həmçinin xatırladıb ki, BMT-nin Beynəlxalq məhkəməsinin müvəqqəti tədbirlərə dair qərarı məcburi xarakter daşıyır və tərəflər üçün beynəlxalq-hüquqi öhdəlikdir.

Qeyd edək ki, irqçi fars rejimin Xarici İşlər Nazirliyi ABŞ-ın Tehrana qarşı bir sıra sanksiyalarının tətbiqinin dayandırılması barədə məhkəmə qərarını razılıqla qarşılayıb.

 

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Bir cavab yazın