Antiazərbaycan və manqurd azərbaycanlı futbolçu Əli Dayı prokurorluğa çağırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin yığmasının keçmiş futbolçusu, “Saypa” komandasının baş məşqçisi Antiazərbaycan və manqurd azərbaycanlı futbolçu Əli Dayı prokurorluğa çağırılıb.

Bu barədə keçmiş futbolçu Əli Dayı İnstaqram səhifəsində məlumat yayaraq, yazıb: “Kirmanşahda zəlzələdən zərərçəkənlərə ev tikmək üçün 11 ay gecə-gündüz çalışmağın son nəticəsi prokurorluğa çağırılmaq oldu”. O bildirib ki, Kirmanşahda baş verən zəlzələdə zərərçəkənlərə edilən maliyyə yardımını mənimsəməkdə şübhəli bilinir.

Göndərilən çağırış vərəqəsində ondan Tehranın Firdosi meydanında yerləşən prokurorluğun maliyyə pozuntuları üzrə şöbəsinə müraciət etməsi tələb olunub.

Qeyd edək ki, Kirmanşah zəlzələsində bir çox məşhur şəxs əhalinin vəziyyətindən sui-istifadə edərək yardım toplayıb və həmin vəsaiti mənimsəyiblər. Bu Antiazərbaycan və fars heyranı azərbaycanlı idmançının qeyri-milli olduğu kimi fürsəttələb olduğu da üzə çıxır.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Bir cavab yazın