Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı rejim tərəfindən təhlükəsizlik idarəsinə çağrıldı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlıya qarşı təşkil olunan sui-qəsddən sonra işğalçı fars rejimin Xoy Şəhərində yerləşən Polis İdarəsinin təhlükəsizlik bölməsi fəalı həmin idarəyə çağırıb.

Qeyd edək ki, Güney Azərbaycanın Xoy şəhərindən olan milli-mədəni fəal oktyabr ayının 3-də gecə vaxtı irqçi fars rejimi tərəfindən olması ehtimal edilən naməlum şəxslərin hücumuna məruz qalmışdı.

Cavad Əhmədi Yekanlı atası evindən piyada gəzintiyə çıxdığı zaman tanımadığı iki nəfər motosikletçi ona hücum etmişdilər. Rejimin məmurları olması ehtimal edilən həmin şəxslər azərbaycanlı milli-mədəni ağır zərbə endirərək, yerə yıxıb və hadisə yerindən uzaqlaşmışdılar.

Endirilən zərbə nəticəsində baş nahiyyəsindən yaralanan fəalın üz-gözünü qan bürüyüb və mobil telefonunun da qırıldığı söylənilirdi.

Babək Qalası Qurultayı ilə əlaqədar yaxalanan və Kəleybər zindanından azadlığa buraxılan azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı Xoyda iyulun 9-da naməlum şəxslərin hücumuna məruz qalmışdı. Fəal döyülmədən əvvəl isə irqçi və işğalçı fars rejimin məmurlarəı tərəfindən hədələnmişdir.

Azərbaycanlı milli-mədəni fəal Cavad Əhmədi Yekanlı may ayında isə Sulduzda Azərbaycan Milli Hərəkatının şəhidlərinin məzarı başında keçirilən mərasimə qatıldığı üçün də rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdı.

 

Həmçinin yoxlayın

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Qərbi Azərbaycana təyin edilən əcnəbi vali vilayətin təhsil işini kürd mühacirinə həvalə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan və kürd valisi, kürd …

Bir cavab yazın