Bazar , Oktyabr 25 2026
azfa

Rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı mədəni fəal Milad Əkbərinin ata evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi və işğalçı fars rejimin Təbrizdə yerləşən təhlükəsizlik qüvvələri oktyabr ayının 6-da azərbaycanlı milli-mədəni fəal Milad Əkbərini yaxalamaq məqsədilə onun ata evinə hücum edib.

Azərbaycanlı fəalı yaxalamaq və evdə axtarış aparmaq üçün evə daxil olan rejimin məmurları evdə bütün əşyaları darma-dağın ediblər. Lakin azərbaycanlı milli-mədəni fəal Milad Əkbəri evdə olmadığı üçün onu yaxalaya bilməyiblər. Ona görə də rejimin məmurları fəalın anasını hədələyib və bildiriblər ki, Milad Əkbəri bir gün ərzində ETTELAAT İdarəsinə müraciə teməsə, ona qarşı ciddi cəza veriləcək. Fəalın 4 aylıq həbs cəzasının icrası ilə bağlı onun evinə hücum edildiyi ehtimal edilir.

Qeyd edək ki, irqçi fars rejimim Kəleybər şəhərində yerləşən məhkəməsi azərbaycanlı fəallar Milad Əkbəri, Murtaza Pərvin və Əkbər Cahangirini şərləyərək “qanunsuz Babək qalası mərasimində iştirak edərək, qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq”da ittiham edib. Rejimin məhkəməsi fəallara 4 ay həbs və 40 şallaq zərbəsini əvəz edən nağd pul cəriməsi müəyyənləşdirib. Bu qərar rejimin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiq olunub.

Həmin azərbaycanlı fəallar aprel ayının 4-də məhkəmədə müdafiə mətnlərini türk dilində yazıbları üçün rejimin məhkəməsinin hakimi müdafiə mətnini “anlaşılmaz və naməlum müdafiə” adlandırmışdı.

Həmçinin yoxlayın

Mossadın keçmiş rəhbəri: Müharibədən həftələr əvvəl İranın içərisində onlarla agentimiz vardı və heç biri həbs olunmadı

GADTB: Mossadın keçmiş rəhbəri David Barnea bildirib ki, bu təşkilat 1404-cü ilin xordad ayında başlanan …

Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məcburi etiraf və SEPAH-ın kameraları qarşısında çıxış etmək üçün təzyiqlərə məruz qalır

GADTB: Sina Yusifinin yazdığına görə, Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi məktubunda özünə və …

Bir cavab yazın