Çərşənbə axşamı , May 7 2024
azfa

Azərbaycanlı fəal Nəsim Sadiqinin zaminə buraxılması üçün vəsiqə təyin edilib

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, 2018-ci il oktyabrın 21-də rejimin Sepah qüvvələrinin məmurları tərəfindən yaxalanan azərbaycanlı fəal Nəsim Sadiqi oktyabrın 25-də rejimin Təbrizdə yerləşən Beheşti Məhkəməsinə aparılaraq, zaminə buraxılması üçün 100 milyon tümənlik vəsiqə qərarı çıxarılıb.

Azərbaycanlı fəal bundan sonra yenidən “Sepah”ın təcridxanasına qaytarılıb. Onun oktyabrın 27-də təkrar məhkəməyə aparılacağı bildirilir.

Azərbaycanlı fəala qarşı irəli sürülən ittihamlar haqda hələlik heç bir məlumat yoxdur.

Qeyd edək ki, azərbaycanlı fəal Nəsim Sadiqi Azərbaycan uğrunda mədəni fəaliyyətinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq, həbs və təzyiqlərə məruz qalıb.

 

Həmçinin yoxlayın

Türkiyənin “Kaan”ın təyyarəsi ikinci sınaq uçuşunu həyata keçirdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin beşinci nəsil qırıcısı “Kaan” ikinci sınaq uçuşunu …

Qaşqay türklərindən Azərbaycana qarşı çıxış edən iranlı millət vəkilinə tutarlı cavab

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin Azərbaycana …

Bir cavab yazın