Azərbaycanlı fəallar Ərdəbildə 21 Azər ərəfəsində divarlara Milli Hökumətlə bağlı afişalar yapışdırdılar – Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli-mədəni fəallar 21 Azər ərəfəsində divarlara Azərbaycan Milli Hökuməti ilə bağlı afişalar yapışdırdılar.

Bu vasitə ilə azərbaycanlı fəallar Güney Azərbaycanda azər ayının 21-də Azərbaycan Milli Hökumətinin təşkilini simvolik şəkildə qeyd ediblər.

Azərbaycanlı fəalların hazırlayıb geniş şəkildə şəhərin divarlarına yapışdırdıqları afişalarda çox mühüm siyasi mesajlar öz əksini tapıb. Azərbaycanlı fəallar afişalarda “1324-cü ilin 21 azəri (1945-ci ilin 12 dekabrı) azərbaycanlıların qürur günüdür. O gün atalarımız Məhəmmədrza Pəhləviyə yox dedilər və biz bu gün Məhəmmədrza Pəhləviyə yox deyirik” şüarını yazıblar.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …

Bir cavab yazın