Çərşənbə , İyul 8 2026
azfa

Urmiyada daha bir jurnalist ölümlə hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Qərbi Azərbaycana təyin etdiyi Antiazərbaycan kürd vali Şəhriyarının ucbatından jurnalistlərin hədələnməsi bu vilayətdə adi hala çevrilib.

Son olaraq “Axərin əxbare Azərbaycane Qərbi” saytının müdiri ölümlə hədələnib. O bu barədə öz instagram səhifəsində məlumat paylaşıb: “Son günlər bəzi bəzi məlumatları yaydığı üçün ölümlə hədələnmişəm”.

Qeyd edək ki, Qərbi Azərbaycanda kürd valinin təzyiqləri ilə jurnalistlər ağır duruma düşüb. Satira janrında yazan Xoy şəhərindən olan jurnalist şallaqlandı. “Yolpress” saytının müdiri isə həbs edilmişdir və zaminə buraxılıb. Sulduzxəbər, Nəvaye Maldıran və s. KİV-lərin də müdirələrinə qarşı iddia qaldırılıb.

İş o yerə çatıb ki, hətta iqtidar yönümlü jurnalislər də hədələnir.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə və dr.Yücəl Karaüzün “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Trampın Türkiyə səfəri başlayıb

GADTB: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlər sammitində iştirak etmək üçün Türkiyəyə səfər edən …

Bir cavab yazın