Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Urmiyada daha bir jurnalist ölümlə hədələnib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Qərbi Azərbaycana təyin etdiyi Antiazərbaycan kürd vali Şəhriyarının ucbatından jurnalistlərin hədələnməsi bu vilayətdə adi hala çevrilib.

Son olaraq “Axərin əxbare Azərbaycane Qərbi” saytının müdiri ölümlə hədələnib. O bu barədə öz instagram səhifəsində məlumat paylaşıb: “Son günlər bəzi bəzi məlumatları yaydığı üçün ölümlə hədələnmişəm”.

Qeyd edək ki, Qərbi Azərbaycanda kürd valinin təzyiqləri ilə jurnalistlər ağır duruma düşüb. Satira janrında yazan Xoy şəhərindən olan jurnalist şallaqlandı. “Yolpress” saytının müdiri isə həbs edilmişdir və zaminə buraxılıb. Sulduzxəbər, Nəvaye Maldıran və s. KİV-lərin də müdirələrinə qarşı iddia qaldırılıb.

İş o yerə çatıb ki, hətta iqtidar yönümlü jurnalislər də hədələnir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın