Bazar ertəsi , May 6 2024
azfa

Rejim Güney Azərbaycanın Həmədan şəhərində “Aşıqlar, musiqilər” festivalını ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimın göstərişi ilə Həmədan vilayətinin Musiqi Cəmiyyəti Güney Azərbaycanın Həmədan şəhərində “Aşıqlar, musiqilər” festivalını ləğv etdi. Nəticədə festivala gələnlər bağlı qapılarla qarşılaşıblar.

Qeyd edək ki, Azərbaycan və türkmən aşıqlarının iştirakilə Güney Azərbaycanın Həmədan şəhərində “Aşıqlar və musiqilər” tədbiri 2019-cu il fevralın 15-də “Əbuəli Sina Mədəniyyət Mərkəzi”ndə keçirilməli idi. Mərasimdə ustad Maşallah Rəssamın sənət sahəsindəki fəaliyyəti təqdir olunacaqdı.

Həmçinin “Aşıqlar və musiqilər” mərasimində Həmədanın azərbaycanlı aşıqları ilə yanaşı türkmən aşıqları da iştirak etməli idilər. Lakin rejim son anda festivalı ləğv edib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın