Cümə , Aprel 19 2024
azfa

Çeçenlər və azərbaycanlılar Rusiyada iki xalq arasında düşmənçilik cəhdinə qarşı birgə bəyanat yaydı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Rusiyada çeçenlər və Azərbaycan türkləri arasında ciddi toqquşma və düşmənçiliyə cəhd göstərilib və hətta bu təxribata uyanlar azərbaycanlıların öldürülməsinə dair fitva da veriblər.

Moskvada yaşayan azərbaycanlı və çeçenlər bu barədə birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır.

Bəyanatda deyilir: “Biz dinc şəkildə yaşayırıq və bir-birimizə hörmət edirik. Müsəlman olun, düzgün olun, dininizi, öz qardaşlarınızı sevin. Azərbaycanlılar və çeçenlər indiki vəziyyətdən narahatdır. Bu təxribatdır. Azərbaycanlılar və çeçenlər heç vaxt düşmən olmayıb. Biz vahid Qafqaz evində yaşamışıq. Mən bu videonu yayan dostlarıma səslənmək istəyirəm: dostluq və qarşılıqlı anlaşma haqqında videolar yayın. Biz hər zaman qardaş olmuşuq və qardaş qalacağıq. Biz yüzilliklər boyunca birgə olmuşuq və birgə qalacağıq. Aramızda düşmənçilik olmayıb və ola da bilməz. Biz müsəlmanıq və biz qardaşıq”.

Bəyanatda bildirilir ki, iki-üç nəfər arasında anlaşmazlıq milli anlaşmazlığa çevrilib:

“Biz hamımız qardaşıq, bizim bölüşmədiyimiz heç nə yoxdur. Biz müsbət söz danışanları alqışlayırıq, mənfi şərhlərə köklənənləri isə susmağa çağırırıq. Xalqlarımız hər zaman ümumi dil tapıb və tapacaq. Bizim bir torpağımız, bir Allahımız var, biz hamımız qardaşıq. Azərbaycanlılar bizim qardaşımızdır. Heç kimin qardaş Azərbaycan xalqını təhqir etməyə ixtiyarı yoxdur. Bu videoyazı təxribatdır”.

Qeyd edək ki, fevralın 14-də Moskvada “Neolit” kafesinin yanında silahlı münaqişə baş verib. Hadisə yerinə gələn polis dava iştirakçılarından 18 nəfəri tutub.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın