Sübhan Talıblı: Xocalı soyqırımı –Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı dəhşətli soyqırım törədilmişdir. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması “DQR” hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tarixçi alim Sübhan Talıblı həmin soyqırımı təhlil edib və törədilmə səbəblərini təhlil edib. Çıxışın videosunu təqdim edirik:

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tarixçi Sübhan Talıblı

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar tarixçi Sübhan Talıblı

Publicerat av CVN Tisdag 26 februari 2019

 

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın