Çərşənbə axşamı , Sentyabr 29 2026
azfa

Rejim azərbaycanlı fəal Abbas Lisanini şərləyərək daha 4 yeni ittiham irəli sürüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini şərləyərək, ona qarşı daha 4 ittiham irəli sürüb.

Azərbaycanlı fəal rejimin əlaltısı olan hakim Nonəhal tərəfindən Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək, milli təhlükəsizliyə qarşı təhdid yaratmaq, qanunsuz qrup yaratmaq və sistemin əleyhinə təbliğat aparmaqda ittiham edilib.

Bu barədə Abbas Lisaninin həyat yoldaşı fevralın 26-da onunla zindanda görüşərkən məlumat alıb.

Azərbaycanlı fəal Abbas Lisani ailəsinə bildirib ki, qanunsuz saxlanmasına etiraz olaraq dindirmə zamanı suallara cavab verməkdən imtina edib. Sorğu-sual ETTELAAT İdarəsinin çıxışlarını etdiyi təhriflər əsasında aparıldığı üçün formal xarakter daşıyır. Ona görə də bu mərhələdə susmağı məsləhət görüb.

Fəalın sözlərinə görə, təhlükəsizlik və məhkəmə orqanlarının onunla bağlı yeni dosye təşkil etməsi, əslində Təbriz məhkəməsində qanunsuz saxlanmasını ört-basdır etmək üçün onlara önləyici tədbir kimi lazımdır.

Qeyd edək ki, Abbas Lisani 2019-cu il yanvarın 15-də rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Eteelaat İdarəsinin təcrixanasına aparılıb. Ona hətta mühakiməsi zamanı məhkəməyə gedən çox sayda azərbaycanlı milli-mədəni fəalla görüşməsinə də icazə verilməyib və gizli şəkildə saxlanılıb.

Hazırda Abbas Lisani hazırda rejimin Ərdəbildə yerləşən zindanının 7-ci bölməsində müvvəqqəti olaraq saxlanılır.

 

Həmçinin yoxlayın

Son aylarda Hörmüz boğazından 1 milyarddan çox barrel neft keçib

GADTB: ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 28-də, bazar ertəsi, “X” sosial şəbəkəsində bildirib …

Sayın Sara xanım Azərsunun Türk Akademisiyənlər Birliyinin beynəlxalq konfransında çıxış edib

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) İnsan Haqları Departamentinin sədri sayın Sara xanım Azərsun …

Bir cavab yazın