Rusiyada tatar türkcəsinin dövlət dili statusu verilməsi təklif olunub

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nabrejnıye Çelnı (Yar Çallı) şəhər Ağsaqqallar Şurası tatar türkcəsinin Rusiyada dövlət dili statusunun verilməsi barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət edib.

Müraciətdə tatarların Rusiyada yaşayan ikinci böyük xalq olduğu nəzərə çatdırılır: “Bizim xalq Rusiya Federasiyası xalqları arasında öz sayına görə ikinci yeri tutur. Tatar türkcəsi Rusiyada qeyri-rəsmi olaraq ikinci millətlərarası danışıq dilidir. Tatar türkcəsini başqırdlar, kumıklar, balkarlar, yakutlar, Altay xalqları, Orta Asiya xalqları, Azərbaycan türkləri və başqa türklər də başa düşürlər”.

Tatarıstan Ruhani İdarəsinin Ağsaqqallar Şurası bildirib ki, tatar xalqının böyük hissəsi (üçdə ikisi) Tatarıstandan kənarda yaşayır, bu səbəblə onların doğma dili olan tatar dilində təhsil almağa, mədəniyyətlərini, adətlərini inkişaf etdirməyə imkanları yoxdur.

Müraciət müəllifləri kiçik xalqların dilləri ilə bağlı aparılan bugunki siyasətin ciddi narahatlıq doğurduğunu, Tatarıstan məktəblərində tatar türkcəsinin tədrisi saatlarının azaldılmasının isə respublikada rus və tatar xalqları arasında olan bərabərliyə ziyan vuracağını vurğulayıblar: “Rusiya Federasiyasının Konstitusiyasında tatar türkcəsinin ikinci dövlət dili kimi təsbit olunması onu gələcəkdə diskriminasiyadan xilas edər, Rusiyanın xalqları və millətləri arasında güvəni möhkəmləndirər, vətənpərvərlik tərbiyəsini gücləndirərdi”.

 

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …

Bir cavab yazın