Çərşənbə axşamı , Mart 19 2024
azfa

Donald Trampın “yeni İran strategiyası” dünyanı ikiyə bölüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Trampın “yeni İran strategiyası”na İsrail, Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Yəmən dəstək versə də, Almaniya, İngiltərə, Fransa və Avropa İttifaqı Trampın strategiyasına qarşı çıxır.

ABŞ-İran qarşıdurması region ölkələri kimi, Azərbaycan üçün də əhəmiyyətlidir. Çünki indiyə qədərki təcrübə bu qarşıdurmadan region ölkələrinin də zərər gördüyünü təsdiqləyir. Trampın anti-İran mövqeyi isə bu dəfə vəziyyətin daha gərgin olduğunu göstərir. Hətta ekspertlər regionda böyük bir müharibənin başlaya biləcəyi ehtimalını istisna etmirlər.

İsrail kəşfiyyatının keçmiş şefi Yakov Kedmi ABŞ-İran müharibəsinin ssenarisini açıqlayıb.

“Ən pis ssenari belə ola bilər: İran da nüvə anlaşmasından geri çəkilir və 1-2 il ərzində nüvə silahına sahib olur. ABŞ isə İrana hücum edər və regionda sonu görünməyən müharibə başlayır”, – deyə o bildirib.

Onun sözlərinə görə, İran nüvə silahına sahib olmaq texnologiyasına sahibdir: “Əgər İran nüvə silahına sahib olarsa, o vaxt heç nəyin mənası olmayacaq. Üç il öncə Pentaqon İrana hücum əməliyyatının ssenarilərini müzakirə edirdi. Nəticə belə oldu ki, hücum İranın nüvə silahı əldə etməsini maksimum 2,5 il gecikdirə bilər. Lakin bu hücum regionda sonu görünməyən müharibəyə səbəb olacaq. ABŞ İrandan çox güclüdür, lakin İranı dayandıracaq, yaxud nüvə silahı istehsal etmək potensialını məhv edəcək imkanı yoxdur. Xüsusilə hazırki beynəlxalq şərtlər və Yaxın Şərqdəki vəziyyət fonunda bu, mümkün deyil. İranın nüvə silahı istehsal etməsinin qarşısını almağın yeganə yolu mövcud anlaşmaya əməl etməkdir”, – deyə o vurğulayıb.

 

Həmçinin yoxlayın

Bu gün Çanaqqala Dəniz Zəfərinin 109-cu ildönümüdür

GADTB: Birinci Dünya Müharibəsi zamanı 18 mart 1915-ci ildə Osmanlı İmperiyasının qələbəsi ilə başa çatan …

Molla rejimi Əbdüləziz Əzimi Qədimin həbs müddətini uzatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, molla rejimi azərbaycanlı fəal Əbdüləziz Əzimi Qədiminin həbs …

Bir cavab yazın