GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, rejim və rejimin üzdəniraq xaricdəki müxalifətinin səyinə baxmayaraq ABŞ haqlı olaraq irqçi fars rejimin cinayətkar və terror təşkilatı Sepah-ı terrorçu təşkilatlar siyahısına saldı.
Artıq ABŞ SEPAH-ı terrorçu təşkilat kimi tanıyıb. Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, – Tramp vurğulayıb.
Artıq Sepahla al-ver edən şirkətlər terror himayəçisi hesab ediləcək.