Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Rejim Sulduzda 3 azərbaycanlı fəalı mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim dünən aprelin 7-də azərbaycanlı milli-mədəni fəallar Ulduz Qasimi, Əmir Səttari və Cavad Əhmədi Yekanlını mühakimə edib.

Fəallar rejimin Sulduzda yerləşən 2 nömrəli Məhkəməsinin 103-cü şöbəsində mühakimə olunub. Rejim tərəfindən şərlənən fəallar “qanunsuz toplanma, başqalarını toplanmağa dəvət etmək və şərfdən simvol kimi istifadə etməklə sistemin əleyhinə təbliğat aparmaq”da ittiam ediliblər.

Ulduz Qasimi məhkəmə prosesində bildirib ki, bu dosye təhlükəsizlik qüvvələrində təşkil olunub. Mən prokurorluqda dindirilmə zamanı da bu barədə öz fikirlərimi dedim, bu gün məhkəmədə demək üçün yeni sözüm yoxdur.

Həmçinin yoxlayın

ABŞ-ın “Apaçi” helikopterləri İranın “Şahid” dronlarını vurmaq üçün təlim keçdi

GADTB: ABŞ və İsrail ordularının ABŞ-da keçiriləcək aralıq seçkilərindən sonra İrana hücum planları hazırladığı barədə …

Tramp: İran İslam Respublikası ilə atəşkəs vaxt itkisi idi və mən bunu heç vaxt bəyənməmişəm

GADTB: ABŞ prezidenti Donald Tramp Missisipi ştatında keçirilən seçkiqabağı mitinqdə İran İslam Respublikası ilə atəşkəsi …

Bir cavab yazın