Şənbə , Aprel 27 2024
azfa

Rejimin həbs etdiyi azərbaycanlı fəal İbrahim Nuri Ruhanini məhkəməyə verdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbs edilən azərbaycanlı milli-mədəni fəal və siyasi məhbus İbrahim Nuri irqçi fars rejimin prezidenti Həsən Ruhanini məhkəməyə verdi.

Azərbaycanlı fəal Tehran prokuroruna ünvanladığı şikayətdə Ruhanini ölkə konstitusiyasını qorumamaqda ittiham edib.

Rejimin öz qanunları və İnsan Hüquqları Bəyannaməsinə toxunan azərbaycanlı fəal prokurora xitabən vurğulayıb ki, fərdin hüququnu nəzərə almadan cəmiyyətin hüququndan söhbət gedə bilməz.

Fəal şikayət ərizəsində ölkədəki panfarsizm və qeyri-fars millətlərinə qarşı aparılan asimilasyon siyasətinə etiraz edib və bunun bütün xalqların bərabər hüquqa malik olduğunu təmin edən konstitusiyanın 19-cu maddəsinə zidd olduğu bildirilib. Ana dilində təhsil hüququ, ölkədə qeyri-fars millətlərinin sistemli şəkildə təhqir edilməsi, Urmiya gölünün qurudulması və s. məsələlərə etiraz bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal heç bir əsas olmadan, sadəcə məzlum uyğur türkləri və Qarabağ müsəlmanlarının hüququnu müdafiə etdiyi üçün irqçi fars rejim tərəfindən həbs edilib. O hazırda Tehranın Evin zindanının 7-ci bölməsində həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Traxtur komandası son yarışda qalib gəlib. …

Molla rejimi Urmiyada onlarla sosial media fəalını məhkəməyə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Güney Azərbaycanın qərb bölgəsi, xüsusilə Urmiyada …

Bir cavab yazın