Çərşənbə , Sentyabr 30 2026
azfa

İrqçi fars rejim azərbaycanlı fəal Mehdi Kuxiyanı yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Məlikan şəhərində yerləşən Ettelaat İdarəsi “Şəhre xəbəre Məlikan” Teleqram kanalının müdiri olan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyanı aprelin 9-da yaxaladı.

Adının çəkilməsini istəməyən mənbənin məlumatına görə, rejimin Məlikandan seçdirdiyi millət vəkili Salman Xudadadi tərəfindən təhdid edilən fəal bazar ərtəsi günü yaxalanaraq, rejimin Məlikanda yerləşən Ettelaat İdarəsinin təcridxanasına salınıb. Fəalın döyülüb və baş nahiyyəsindən yaralandığı bildirilir.

Qeyd edək ki, Mehdi Kuxiyan 2017-ci il yanvar ayında  Məlikan prokuroru və bələdiyyə başçısının şikayəti əsasında Marağanın kiber polisi tərəfindən yaxalanmışdı. Birinci günlərdə Polis İdarəsinin təcridxanasında saxlanılan fəal sonra Marağa zindanına intiqal edilib. O saxlandığı gündən aclığa başlayıb və aksiyasını 28 gün davam etdirib. Aclıq aksiyasının son günlərində dodaqlarını tikən fəal nəhayət 2017-ci il fevralın 11-də 300 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

Mehdi Kuxiyan 2018-ci ilin mart ayında rejimin Marağada yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 18 ay həbs cəzasına məhkum edilmişdi. Fəal islam cümhuriyyətinin əleyhinə olan kanal, qrup və təşkilatların xeyirinə sistemə qarşı təbliğat aparma ittihamı ilə həbs cəzasına məhkum edilmişdir.

Həmçinin yoxlayın

ABŞ “Saha” və İran silahlarının daşınmasında əlaqəsi olduğu bildirilən iki Rusiya şirkətinə sanksiya tətbiq edib

GADTB: ABŞ Dövlət Departamenti çərşənbə axşamı, sentyabrın 29-da BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsinin …

İran və ABŞ arasında danışıqlar dayanıb və qarşıdurma yenidən başlanya bilər

GADTB: “Aksios” üç məlumatlı mənbəyə istinadən xəbər verir ki, BMT Baş Assambleyasının toplantısı çərçivəsində Qətərli …

Bir cavab yazın