Bazar ertəsi , May 6 2024
azfa

Gəlmə kürdlər tarixi təhrif məqsədilə “Türklərin Urmiyaya köç səbəbi” adlı anket yaydı

İraqdan
qovulan və Güney Azərbaycana sığınan və bu ərazidə məskunlaşan kürdlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin son 50-60 ildə Güney Azərbaycana köçürülən kürdlər Azərbaycanın böyük bir hissəsinə artıq iddia irəli sürür.

Bu məqsədlə Urmiyanın Nuşinşəhr şəhərində Müəllim Günü münasibəti ilə keçirilən tədbirdə gəlmə kürdlər tarixi təhrif etmək məqsədi ilə “Türklərin Urmiyaya köç səbəbi” adlı anket paylayıblar. Mühacir və gəlmə kürdlər Azərbaycanın böyük bir hissəsndə Azərbaycan türklərinin güua yenicə gəlmə olduğunu iddia edib, Azərbaycan tarixini təhrif etməyə və yenicə məskunlaşdığı Azərbaycan ərazilərini kürdlərin ərazisi kimi qələmə verməyə cəhd ediblər.

Qərbi Azərbaycanda Qəsr salonunda keçirilən tədbirdə həmin anketin paylanılması yerli əhalinin ciddi etirazı ilə qarşılanıb və anketlər tez yığışdırılıb.

Anket əzəli Azərbaycan şəhəri olan və hazırda adının dəyişdirilərək Mahabad qoyulduğu Soyuqbulağın “Pəyam Nur” Universitetində təhsil alan H.I adlı bir müəllimə tərəfindən paylanılıb. Onun universitetdə elmi işi də məhz bu mövzu ilə bağlıdır.

Sözügedən müəllimənin dediyinə görə, onun elmi işi 20 mövzu arasında, təhsil aldığı universitetin müavinlərinin biri tərəfindən qəbul olunub.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın