Cümə axşamı , Oktyabr 22 2026
azfa

Erməni bayrağının yandırılmasına görə Muxtar İbrahimi çağrılaraq sorğu-suala tutuldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Muxtar İbrahimini erməni bayrağının yandırılması ilə bağlı çağıraraq, sorğu-suala tutdu.

Marağa sakini olan azərbaycanlı fəal “24 aprel ermənilərin böyük yalanı” fəaliyyətləri ilə bağlı irqçi fars rejimin təhlükəsizlik orqanları vasitəsilə çağrılıb və sorğu-suala tutulub. Rejim azərbaycanlı fəala xəbərdarlıq edib.

Qeyd edək ki, aprel ayının 24-də azərbaycanlı fəallar Güney Azərbaycanın Marağa şəhərində işğalçı Ermənistanın və paniranistlərin bayrağını yandırmışdırlar. Bu isə irqçi rejimi qəzəbləndirib.

Həmçinin yoxlayın

ABŞ-ın dəniz blokadasının təzyiqi ilə İranın “kölgə donanması”ndakı neft ehtiyatları tükənir

GADTB: “The Wall Street Journal” qəzetinin yeni hesabatı göstərir ki, İranın Cənub-Şərqi Asiya sularında yerləşən …

Molla rejimin SEPAH terror təşkilatı müharibəni regionda genişləndiriləcəyi ilə hədələdi

GADTB: SEPAH terror təşkilatının sözçüsü Hüseyn Möhibbi region ölkələrini müharibənin əhatə dairəsini genişləndirməklə hədələyib. O, …

Bir cavab yazın