Cümə axşamı , May 14 2026
azfa

Azərbaycanlı fəallar Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlıq tələbilə divarlara şüarlar yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəallar Ərdəbildə azərbaycanlı siyasi məhbusların, o cümlədən  Əmir Səttari və Abbas Lisaninin azadlıq tələbilə divarlara şüarlar yazdılar.

Azərbaycanlı milli-mədəni fəallar iyunun 17-də, Əmir Səttarinin aclıq aksiyasının 8-ci günündə şəhərin müxtəlif məhəllələrində divarlara aşağıdakı şüarları yazıblar: “Biz Əmir Səttarinin səsiyik”, “Əmir Səttariyə özgürlük”, “Güney Azərbaycanın siyasi məhbuslarına gözgürlük”, “Azərbaycan var olsun – Lisani azad olsun” və ….

Qeyd edək ki, Əmir Səttari 2019-cu il iyunun 10-dan rejimin Təbrizdə yerləşən mərkəzi zindanında aclıq aksiyası keçirir. O aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən döyülərək təknəfərlik kameraya aparılıb. Tanınmış azərbaycanlı fəal Abbas Lisani isə yanvarın 15-dən Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır və uzun müddət aclıq aksiyasında olub.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …

Bir cavab yazın