Bazar , Oktyabr 25 2026
azfa

ABŞ irqçi fars rejimin nüvə mərkəzlərini bombalayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın irqçi fars rejimin nüvə obyektini bombalayacağı barədə məlumat yayılıb.

 “The Jerusalem Post” qəzeti öz mənbəyinə istinadən belə yazıb. Nəşr bildirib ki, ABŞ hakimiyyəti İranın nüvə obyektlərinin bombalanması planını nəzərdən keçirir.

BMT-dəki mənbə də bu barədə planın olduğunu təsdiqləyib.

Bildirib ki, konkret məqsədə yönəlik variant nəzərdən keçirilir.

Bu məsələni ABŞ hərbi komandanlığı müzakirə edir. Müzakirələrdə həmçinin Pentaqon təmsilçiləri, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri iştirak edir. Plan məsələ İranın uranın zənginləşdirilməsini davam etdirdiyi barədə bu yaxınlarda verdiyi bəyanatdan əvvəl hazırlanıb.

Baxmayaraq ki, Tramp İranla gərginliyin hərbi yolla həllində maraqlı deyil, ancaq bununla belə hərbi plan müzakirəyə çıxarılıb.

Hələlik məhz hansı obyektin vurulacağı barədə mənbə məlumat verməyib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın