İrqçi fars rejimin məmurları azərbaycanlı fəal Aydın Zakirini yaxaladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məmurları Azərbaycanın Xiyov şəhərində azərbaycanlı milli-mədəni fəal Aydın Zakirini yaxalayıb.

Azərbaycanlı fəalın yaxınlarının verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri avqustun 1-də fəalın iş yerinə müraciət edərək onu yaxalayıblar.

İrqçi rejimin təhlükəsizlik qüvvələri məhkəmə hökmü təqdim etmədiyi üçün fəal və onun yaxınlarının müqaviməti ilə qarşılaşıb və nəticədə qarşıdurma baş verib. Fəala yaxalamaq istəyən məmurlar gözyaşardıcı qazdan istifadə edib.

Aydın Zakirinin yaxalanmasının böyük ehtimalla gözlənilən Savalan dağı mərasimi ilə bağlı olduğu bildirilir. Təhlükəsizlik qüvvələri ötən çərşənbə günü də fəalla əlaqə saxlayaraq onun ETTELAAT İdarəsinə müraciət etməsini və Savalan dağı mərasiminə qatılmamaqla bağlı iltizam verməsini tələb etmişdilər. Lakin azərbaycanlı fəal rejimin təhlükəsizlik qüvvələrinin tələbinin qanunsuz olduğunu bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal Aydın Zakiri bundan öncə isə 2015-ci il fevralın 21-də, Beynəlxalq Ana Dili Günündə rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Həmçinin yoxlayın

Urmiya gölünün su payı dövlətin laqeydliyi üzündən oğurlanır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin laqeydliyi və nəzarət etmədiyi üçün …

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Bir cavab yazın