Şənbə , Noyabr 28 2026
azfa

Ermənilər Qarabağda Azərbaycan izini silib saxtakarlıq etdiklərinə etiraf etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup Qarabağ ermənisi mətbuata rəsmi müraciət ünvanlayıb.

Aralarında Artur Ağacanov, Valeri Eriçyan, Georgi Arakelyan, Leva Yaxşıbəyov və Karina Eriçyanın da olduğu aktivistlərdən ibarət qrup sovet dönəmində erməni emissarların mütəmadi olaraq Qarabağa gəldiklərini və tarixi məbədlər, məzarlar və abidələrdəki köhnə yazıları silərək erməni dilində yeniləri ilə əvəz etdiklərini xatırladıqlarını açıqlayıblar. Erməni emissarlar həmçinin Qarabağın yerli əhalisi arasında ideoloji iş aparıb və onların “qədim” erməni-hay xalqının və tarixinin bir parçası olduğunu söyləyiblər.

“Şamaxı, Şəki, Qəbələ, Oğuz, Gəncə, Dağlıq Qarabağda və Azərbaycanın digər regionlarında sovet dönəmində erməni emissarlar tarixi faktların bu cür saxtalaşdırması və məhv edilməsi ilə məşğul olublar. Xüsusilə qeyd etmək istəyirik ki, erməni tərəfi hələ də Ermənistan və işğal altındakı Qarabağ ərazisində bu cür saxtalaşdırmalarla məşğul olur”, – Qarabağ ermənilərinin müraciətində deyilib.

Sözügedən müraciət “Qafqaz tarixi mərkəzi”nin ermənilərin tarixi saxtalaşdırması hallarının ifşası üçün apardığı araşdırmalar çərçivəsində hazırlanan “Bolqar qadın tərəfindən yazılmış erməni tarixi” adlı filmə dəstək xarakteri daşıyıb.

“Bizim ortaq vətənimiz – Azərbaycandır və biz Azərbaycan xalqının ayrılmaz tərkib hissəsiyik. Biz şübhə etmirik ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq və biz öz doğma diyarlarımıza qayıdacağıq”, – Qarabağ ermənilərinin müraciəti məhz bu fikirlərlə tamamlanıb.

Həmçinin yoxlayın

Kəleybərdə qızıl mədəninin kəşfiyyat işləri 50-dən çox kəndin içməli su mənbələrini təhlükə altına salır

GADTB: Şərqi Azərbaycan əyalətinin Kəleybər rayonunda Peğamçay su anbarının yuxarı axarında qızıl mədənində kəşfiyyat işlərinə …

Xoyda rejimin Vətəndaşlıq Qeydiyyatı İdarəsi azərbaycanlı körpə Əlihana 227 gündür doğum haqqında şəhadətnamə verməkdən imtina edir

GADTB: Xoyda rejimin  Vətəndaşlıq Qeydiyyatı İdarəsinin uşağa verilən ada etiraz etməsi səbəbindən Əlihan 227 gündür …

Bir cavab yazın