İrqçi fars rejimin müstəmləkə siyasəti Təbrizə turizm infrastrukturuna da mənfi təsir göstərib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycana qarşı müstəmləkə siyasəti Təbrizə turizm infrastrukturunun geri saxlanılmasına gətirib çıxarıb.

Təbrizə gələn turistlər üçün kifayət qədər mehmanxana və qonaq evlərinin olmaması, mehmanxanalarda qiymətlər baha olduğu üçün qonaqlar parklarda və piyada keçid yolularında çadır qurub istirahat edirlər.

Bu görüntüləri çəkən bir vətəndaş dövlət qurumlarına səslənərək deyib: “Təbrizə gələn turistlərin əksəriyyəti şəhərə Tehran istiqamətindən və Təbrizin şərqindən daxil olurlar”.

O həçinin deyib: “Biz bütün turistlər üçün şəhəri hazırlamalıyıq ki, istəyə görə mehmanxanalara müraciət edə bilsin və gecəni Təbrizin sərin havasında keçirmək istəyən ailələr də parklarda çadır qura bilsin”.

O daha sonra deyib: “Təbrizdə və Azərbaycanda gəzib istirahət etməyi seçən səyahətçilərin ləyaqətini qorumaq üçün Analar və Atalar Parkları, Şəms Parkı və qonaq parklarını və onun yaxınlığındakı məktəbləri turistlərin istirahəti üçün nəzərdə tutun”.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Bir cavab yazın