Tehran üzərində İsrail təyyarələrini görməyən rejim S-400 raketi qədər gücü raket hazırladığını iddia edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son günlərdə Tehran üzərindən dəfələrlə uçuş həyata keçirən İsrail təyyarələrini müəyyən edib vura bilməyən irqçi fars rejim S-400 raketi qədər gücü raket hazırladığını iddia edir.

Rejimin prezidenti Həsən Ruhani İran müdafiə sənayesi günü ilə əlaqədar çıxışı zamanı iddia edib ki, İranın Bavar-373 zenit raket kompleksi S-300-dən güclü, S-400-ə daha yaxındır.

Qeyd edək ki, Ruhani səhər saatlarında Bavar-373-ü təqdim edib.

Bavar-373 2017-ci ildə sınaqdan keçirilib. Kompleks Səyyad-4 raketləriylə təchiz edilib və İran tərəfinin iddiasına görə, o, müxtəlif hava hədəflərini, o cümlədən stels texnologiyalı təyyarələri 27 kilometr hündürlükdə və 200 kilometr məsafədə məhv etmək gücünə malikdir.

Həmçinin yoxlayın

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …

Qərbi Azərbaycana təyin edilən əcnəbi vali vilayətin təhsil işini kürd mühacirinə həvalə edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycanın yerli olmayan və kürd valisi, kürd …

Bir cavab yazın