Kazan Konservatoriyası yeni il ərəfəsində “Arşın mal alan” komediyasını təqdim edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tataristanda Kazan Konservatoriyası yeni il ərəfəsində görkəmli bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerasını təqdim edəcək.

“Tatar-inform” informasiya agentliyi xəbər verir ki, dekabrın 28-də Kazan Konservatoriyası S. Saydaşev adına Böyük Konsert salonunun səhnəsində “Arşın mal alan” operettasının premyerasını təqdim edəcək.

Krım-Tatar Dövlət Akademik Musiqili Dram Teatrının rejissoru Renat Bektaşev bu əsərə məxsus olaraq Konservatoriyanın yaradıcı kollektivi üçün quruluş verib.

Tamaşada Konservatoriyanın Opera Studiyasının solistləri və Tatarıstan Respublikasının Əməkdar İncəsənət Xadimi Rinat Xalitovun rəhbərliyi ilə TATARİCA orkestri iştirak edəcək.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …

Bir cavab yazın