Bazar , Sentyabr 27 2026
azfa

İrqçi fars rejimin məmurları azərbaycanlı fəal Siyamək Seyfini həbs etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Meşginşəhrdəki təhlükəsizlik qüvvələri azərbaycanlı fəal Siyamək Seyfini yaxalayıb.

Rejimin Meşkinşəhrdəki ETTELAAT İdarəsinin məmurları Siyamək Seyfini Meşkinşəhrdə ETTELAAT İdarəsinə aparıblar.

Azərbaycanlı fəalın yaxınlarından biri onunla telefon əlaqəsi zamanı deyib ki, o  bir gün Meşkinşəhrdə ejimin ETTELAAT İdarəsində bir gün saxlanıldıqdan sonra rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsinə aparılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Siyamək Seyfi son illərdə də milli fəaliyyətinə görə dəfələrlə rejim tərəfindən saxlanılaraq həbsə məhkum edilib.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın